Şənbə, 04 May

"Keşlə" "Neftçi"yə qalib gəldi

image

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

Xəbər verilir ki, "Zəfər turu"nda günün ikinci matçı "Keşlə" və "Neftçi" komandaları arasında olub. "ASK Arena"dakı qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 11-ci dəqiqədə flaqmanın hücumçusu Tiaqo Bezerra açıb. Braziliyalı forvard 35-ci dəqiqədə 2-ci topu meydan sahiblərinin qapısından keçirib. "Keşlə" 42-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. Felipe Santos penaltidən fərqlənib. 49-cu dəqiqədə Rəhman Hacıyev baxımlı qolla hesabı bərabərləşdirib. Son nöqtəni isə 88-ci dəqiqədə Anatol Abanq qoyub.

Bu nəticədən sonra "Neftçi" 17 xalla 2-ci pillədəki yerini qoruyub. Xallarını 10-a çatdıran "Keşlə" isə 6-cı sırada qərarlaşıb.

Qeyd edək ki, turun açılış oyununda "Sabah" evdə "Zirə" ilə 3:3 hesablı heç-heçə edib. Tura noyabrın 7-də keçiriləcək "Səbail" - "Qəbələ" və "Sumqayıt" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15